Şərqi Azərbaycan valisi Bakıya gəlib
20 oktyabr 2015 12:29 (UTC +04:00)

Şərqi Azərbaycan valisi Bakıya gəlib

İranın Şərqi Azərbaycan vilayәtinin valisi İsmayıl Cabbarzadәnin Bakıya sәfәri başlayıb.

İranın Azәrbaycandakı sәfirliyindәn APA-ya verilәn mәlumata görә, sәfәr çәrçivәsindә Azәrbaycan xarici işlәr, iqtisadiyyat vә sәnaye, fövqladә hallar nazirlәri ilә görüşlәr gözlәnilir. Hәmçinin İsmayıl Cabbarzadә ilә Bakı şәhәr İcra Hakimiyyәtinin başçısı Hacıbala Abutalıbov arasında görüş dә nәzәrdә tutulub.

 

Şәrqi Azәrbaycan vilayәtinin valisi sabah Gәncәyә sәfәr edәcәk vә görüşlәr keçirәcәk. Sәfәr 22 oktyabrda yekunlaşacaq.

 

Xatırladaq ki, İsmayıl Cabbarzadә ötәn gün Naxçıvanda olub. Orada o Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343

Oxşar yazılar