Şimali İrlandiya Azərbaycanı keçdi
15 avqust 2013 10:56 (UTC +04:00)

Şimali İrlandiya Azərbaycanı keçdi

0

Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində 1 oyun keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan millisinin də yer aldığı F qrupunda Şimali İrlandiya yığması Rusiyanı qəbul edib.

 

Əslində bu görüş martın 22-də keçirilməli idi. Lakin həmin vaxt Belfastdakı pis hava şəraiti üzündən qarşılaşma təxirə salınmışdı. Yenidən eyni məkanda baş tutan oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə topu 43-cü dəqiqədə Martin Paterson vurub.

 

Bununla da ardıcıl ikinci məğlubiyyətə düçar olan Rusiya millisi 6 oyundan 12 xalla 2-ci pillədə qalıb. İlk qələbəsini qazanan Şimali İrlandiya isə xallarını 6-ya çatdırıb və 4-cü pilləyə qalxıb. Əvəzində 7 oyundan 4 xalı olan yığmamız 5-ci pilləyə enib.

 

Qeyd edək ki, F qrupunda növbəti oyunlar sentyabrın 6-da olacaq. Həmin gün Rusiya Lüksemburqu sınağa çəkəcək, Portuqaliya Şimali İrlandiyanın, Azərbaycan isə İsrailin qonağı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar