Şirvanda silsilə oğurluqla məşğul olan şəxs ələ keçirilib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Allahverdiyevə, Nəzminə Məlikovaya, Xanbaba Quliyevə, Şamil Əliyevə və Fuad Məmmədova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və spirtli içkilər oğurlamış şəhər sakini İlham Zeynalov tutulub.
Faktla bağlı araşdırma aparılır.