Siyəzəndə dəhşətli qəza
05 noyabr 2013 21:44 (UTC +04:00)

Siyəzəndə dəhşətli qəza

0

Bakı-Quba Rusiya Federasiyası yolunun 95-ci km-də, Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba istiqamətində hərəkətdə olan, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Zahid Məcidov idarə etdiyi “Nissan Maxsima” markalı avtomaşınla yolu keçmək istəyən piyada, Quba rayonu Birinci Nügədi kənd sakini, 1955-ci il təvəllüdlü Musayev Nailə Qafar qızını vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1115

Oxşar yazılar