ŞOK: Bakıda tutulan SEKSUAL MANYAK sərbəst buraxıldı
01 noyabr 2013 18:09 (UTC +04:00)

ŞOK: Bakıda tutulan SEKSUAL MANYAK sərbəst buraxıldı

0

Hövsanda qadınlara qarşı seksual xarakterli hərəkətlər törədən Əhmədov Hacıbaba Bayram oğlu istintaqda ilkin ifadə verib. O, ifadəsində seksual xarakterli hərəkətlər etdiyini etiraf edib. APA TV-nin xəbərinə  görə, qadınları arxadan qucaqladığını təsdiq edən Əhmədov ictimai nəqliyyat vasitələrində onların şəkillərini cəkdiyini təsdiqləyib. Faktla bağlı Suraxanı rayon Polis idarəsinin İstintaq şöbəsində, Cinayət Məcəlləsinin 221 - xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Lakin tibbi müayinə zamanı təqsirləndirilən şəxsin psixoloji durumunda problemlərin olduğu nəzərə alınaraq, o, sərbəst buraxılıb. 

Xatırladaq ki, Hacıbaba Əhmədovun hərəkətləri barədə Suraxanı rayon 30-cu polis bölməsinə 5 ərizə daxil olub. Ümumilikdə isə onun əməlindən 8 nəfər şikayət edib. Bölmənin baş təhqiqatçı Emin Məmmədovun sözlərinə görə, vətəndaşlar şikayətlərində təqsirləndirilən şəxsin Hövsan qəsəbəsində onlara qarşı seksual hərəkətlər etdiyini bildiriblər. Hacıbala Əhmədov  Hövsan qəsəbəsində orta məktəbin həyətində var-gəl edərkən yaxalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9748

Oxşar yazılar