Üç maşın toqquşdu: 3 nəfər xəstəxanalıq oldu
13 oktyabr 2015 22:20 (UTC +04:00)

Üç maşın toqquşdu: 3 nəfər xəstəxanalıq oldu

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Hindarx qəsəbəsində  "VAZ 2106", "VAZ 21011" və "Opel" markalı avtomobillər toqquşub.

 

Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Tağıyev Məhər Valeh oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Adil Xanqulu oğlu, 1986-cı il təvəllüdlü Xudiyev Nicat Sahəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yilkin tibbi yardım göstərildikdən sonra yaralılar  evə buraxılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar