Ucar sakini traktorun altında qalıb
16 noyabr 2013 13:41 (UTC +04:00)

Ucar sakini traktorun altında qalıb

0
Ucar sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

Rayon Polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Alpout kəndində qeydə alınıb.

 

1959-cu ildə Ucar rayonu Ənvər Məmmədxanlı kəndində anadan olmuş Mehdiyev Şahin Mirzə oğlu özünə məxsus traktorla Alpout kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib.

 

Traktorun aşdığını görən Ş. Mehdiyev kabinədən tullansa da, traktorun altında qalaraq ölüb.

 

Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1139

Oxşar yazılar