Xaçmazda iki "Jiquli" toqquşdu: ölən və yaralananlar var  - <span style="color:red;">YENİLƏNİB
13 oktyabr 2015 21:23 (UTC +04:00)

Xaçmazda iki "Jiquli" toqquşdu: ölən və yaralananlar var - YENİLƏNİB

Bu gün axşam saatlarında Gəndob-Yalama yolunda  ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 38 km-də qeydə alınıb. “VAZ-21011” markalı avtomobillə  “VAZ-2102” markalı maşının toqquşması nəticəsində “VAZ-21011”-in sürücüsü Cəlal Ağayev ölüb. “VAZ-2102” markalı avtomobildə olan Hulovlu kənd sakinləri 1956 il təvəllüdlü Əsgərov Bibiqulu və 1975-ci il təvəllüdlü  Allahverdiyev Vahid, “VAZ-21011” markalı avtomobildə olan Uzunoba kənd sakini Elnur Kərimov xəsarət alıblar. Onlar müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.   

 

Faktla bağlı BDYP-nin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258

Oxşar yazılar