Fövqəladə Hallar Nazirliyi Binəqədidə evini su basmış daha 4 nəfərə yardım edib.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Binəqədi rayonu ərazisində yağan yağışlar nəticəsində yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolmuş və daha 4 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat saat 16:05-də başa çatıb.
***
15:21
Fövqəladə Hallar Nazirliyi Xırdalanda evini su basmış sakinlərə köməklik edib.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolduğundan sakinlərin evdən çıxmasına çətinliklər yaranıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfər vətəndaşa müvafiq köməklik göstəriblər. Əməliyyat saat 12:58-də başa çatıb.
***
13:34
Bakıda yağan yağış nəticəsində evdən çıxa bilməyən sakinlərə kömək edilib.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Binəqədi rayonu ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolub və sakinlərin evdən çıxmasına çətinliklər yaranıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfər vətəndaşa müvafiq köməklik göstərilib.