Dünən Nərimanov rayonunda yataqxanada baş verən dəhşətli yanğınla bağlı təcili yardıma ümümi olaraq 24 müraciət olunub.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
O bildirib ki, müraciətlər edənlərdən 8 nəfərinə hadisə yerində ilkin tibbi yardım göstərilib:
“14 nəfər isə Respublika Toksikologiya Mərkəzinə aparılıb. 5 nəfər xəstəxanaya yerləşdirilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. 2 nəfər isə hadisə zamanı ölüb”.