Zaqatalada yanğın
17 sentyabr 2013 20:19 (UTC +04:00)

Zaqatalada yanğın

 Zaqatalada yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Dombabinə kəndində Ramazanov Mübariz Bahiddin oğlunun yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 77 kv. m olan mal tövləsində baş verib.

 

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Mübariz Ramazanova məxsus tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanaraq yararsız hala düşüb. Tövlədə baş verən yanğın genişlənərək ona bitişik tikilmiş, Mübariz Ramazanovun qonşusu Kamil Qardaşova məxsus ümumi sahəsi 21 kv. m olan tövlənin yanar konstruksiyaları və altına yığılmış 0,5 ton ot bağlaması yanıb.

 

Zaqatala rayon DYMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının daha da genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahiblərindən xəsarət alan olmayıb.

 

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

 

# 879
avatar

Oxşar yazılar

Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31