Xəzərdə ƏMƏLİYYAT:  qayıqla narkotik gətirən iranlılar tutuldu
04 iyun 2025 10:50 (UTC +04:00)

Xəzərdə ƏMƏLİYYAT: qayıqla narkotik gətirən iranlılar tutuldu

Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularını qanunsuz keçən şəxslər saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Mayın 29-da Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.

Keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslan Respublikasına məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycan Respublikasının ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar