Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Lent.az-a bildirib ki, zərərçəkən şəxs valideynləri ilə birgə polis idarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.
Qeyd edək ki, Xırdalanda məktəblinin həmyaşıdları tərəfindən təklənərək döyülməsi barədə görüntülər yayılıb.