Xudatda telefon mağazasından oğurluq edən  şəxs saxlanıldı
11 sentyabr 2025 08:50 (UTC +04:00)

Xudatda telefon mağazasından oğurluq edən şəxs saxlanıldı

0

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Elşən Əliyevi saxlayıblar.

Bu barədə Lent.az-a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Araşdırmalarla onun Xudat şəhəri ərazisində tanışına məxsus mağazadan pul və ümumi dəyəri 6900 manat olan 18 ədəd mobil telefon oğurlaması müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar