Yardımlıda iranlı narkotacirlər tutuldu - VİDEO
16 dekabr 2025 09:55 (UTC +04:00)

Yardımlıda iranlı narkotacirlər tutuldu - VİDEO

0

Ölkəyə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsi və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən İran vətəndaşları polisin əməliyyatı nəticəsində saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılan 23 yaşlı Hauri Qədirpuri və 26 yaşlı Süleyman Xezridən 30 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mütəşəkkil dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar