Ötən gün Bakının Yasamal rayonunda yanğının baş verdiyi binanın sakinləri ilə söhbət zamanı hadisənin bəzi təfərrüatları məlum olub.
Lent.az xəbər verir ki, sakinlərin sözlərinə görə yanğının səbəbi binanın birinci mərtəbəsində fəaliyyət göstərən restoranın bir ay öncə quraşdırdığı elektrik doldurma məntəqəsi üçün generatoru zirzəmiyə yerləşdirməsi olub.
Onların sözlərinə görə restoran sahibi təmizlik etmək istəyən sakinləri binanın şaxtasına buraxmayıb. Bundan başqa binanın qəza çıxışı da restoranın müdiriyyəti tərəfindən bağlı saxlanılıb.