Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda niyə istintaq aparıldı? - SƏBƏB
02 iyul 2025 10:36 (UTC +04:00)

Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda niyə istintaq aparıldı? - SƏBƏB

Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda istintaqın aparılmasına aydınlıq gətirilib.

Lent.az xəbər verir ki, Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov APA-nın sualına cavabında deyib ki, Azərbaycan tərəfi heç bir dövlətin, hansısa qurumun daxili işlərinə qarışmaq niyyətindıə deyil: “Lakin proses zamanı bir və ya bir neçə Azərbaycan vətəndaşına qarşı amansızlıq nümayiş etdirilirsə, onların hüquqları kütləvi şəkildə pozulursa, Azərbaycan dövlətinin bu hadisəyə reaksiya verilməsi bizim vəzifə borclarımızdan biridir".

Qeyd olunub ki, bu, Azərbaycan Cinayət Prosessual Məcəlləsində də öz əksini tapıb: "Bu məsələyə həssas yanaşmaığımızın bir səbəbi də budur ki, biz Rusiya hüquq-mühafizə orqanlarını rəsmi mövqeyini görə bilmirik. Biz heç kimi ittiham etmək niyyətində deyilik və bunu etmirik. Bizim əlimizdə baş vermiş hadisənin, xüsusilə ölüm hadisəsinin baş verməsini təsdiqləyən ekspert rəyləri yoxdur. Bunun əvəzində Rusiya mətbuatında bu ölümün müxtəlif xəstəliklərlə əlaqələndirilməsini göstərən məlumatlar var. Bu indiki halda qeyri-peşəkar yanaşma olardı. Çünki Azərbaycana gətirilən meyitlərin ekspertizası təyin olunub. Ölüm səbəblərini xəstəliklə bağlamaq bir o qədər ağılabatan deyil. Rusiyada ekspertiza institutsional inkişaf edib. Hesab edirik, Rusiya hüquq-mühafizə orqnlarının açıqlaması daha fərqli olacaq və biz daha əsaslı rəylə tanış ola biləcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1742

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35