Yenə həmin binadan 30 minlik qızıl oğurlayıb həbs olundu - VİDEO
18 fevral 2026 17:06 (UTC +04:00)

Yenə həmin binadan 30 minlik qızıl oğurlayıb həbs olundu - VİDEO

0

Yasamal rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, naməlum şəxs mənzillərdən birinə daxil olaraq oradan 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər elə həmin binadan başqa bir mənzildən oğurluq etdiyinə görə məhkum olunmuş 27 yaşlı Emin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarından birinə satdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar