Yeni il şənliyində məmuru zorlayan məktəbliyə  hökm oxundu
24 noyabr 2025 16:26 (UTC +04:00)

Yeni il şənliyində məmuru zorlayan məktəbliyə hökm oxundu

0

Volqoqrad vilayətində məhkəmə onuncu sinif şagirdini 23 yaşlı yerli hökumət məmuruna təcavüz etdiyinə görə 1,5 il müddətinə cəzalandırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ötən il Yeni il gecəsi İlovlya fəhlə qəsəbəsində yerli sosial mediada məmurların bir gənci korporativ Yeni il şənliyinə Şaxta baba rolunu oynamaq üçün dəvət etməsi barədə xəbər yayılıb. Orada gənc oğlan həddindən artıq spirtli içki qəbul edib və sonradan işçilərdən birinə cinsi təcavüz etməkdə ittiham olunub.

Müstəntiqlərin sözlərinə görə, zərərçəkmiş çox sərxoş və çarəsiz vəziyyətdə olub və məktəbli bundan istifadə edib. O, özü cinsi əlaqənin razılıq əsasında baş verdiyini bildirib.

Dinləmə qapalı keçirilib. Yeniyetmənin müdafiə tərəfi apelyasiya şikayəti verib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar