Sabirabadda baş verən dəhşətli qəzanın görüntüləri yayııb. Emil Məmmədov adlı Facebook istifadəçisi hadisə yerindən fotolar paylaşıb.
Lent.az həmin fotoları təqdim edir:
*15.39
Sabirabad rayonunda baş verən avtomobil qəzada 16 yaşlı yeniyetmə ölüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad şəhərinin Muğan prospektində qeydə alınıb. "Mercedes-Benz" markalı avtomobillə "Azsmand" markalı avtomobilin toqquşması nəticəsində rayon sakini, 2006-cı il təvəllüdlü Mehtiyev Əvəz Yaşar oğlu ölüb. Sürücülərdən biri ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.