Yetim uşağa işgəncələr verilib - ŞOK VİDEO
01 sentyabr 2025 10:13 (UTC +04:00)

Yetim uşağa işgəncələr verilib - ŞOK VİDEO

Valideynlərini itirən uşağa qohumları tərəfindən ağır işgəncələr verildiyi iddia olunur.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qadın və Uşaq Sığınacağı” tərəfindən paylaşım olunub.

İddia edilir ki, yeniyetmənin 14 yaşı var və davamlı olaraq ağır işgəncələrə məruz qalıb: “Anası həyatını itirib, atası isə həbsxanada dünyasını dəyişib. Adının çəkilməsini istəməyən şəxslər bildiriblər ki, uşağı qəyyumluğa götürən xalası ona davamlı olaraq işgəncə verib. Uşağa qarşı aylardır zorakılıq edilib…”

Görüntülərdən də yeniyetmənin başında və bədəninin müxtəlif yerlərində ağır işgəncə izləri aydın görünür.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır: “Araşdırmanın nəticəsi ilə bağlı hadisəyə hüquqi qiymət veriləcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılmışdır. Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə digər məlumatlar araşdırma gedişatında bəlli olacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar