Zaqatala sakini Dağıstanda faciəli şəkildə ölüb.
Lent.az xəbər verir ki, Zaqatala rayonu, Danaçı kənd sakini, 26 yaşlı Dodoçov Hacı Əhməd oğlu tikintidə işləyən zaman onu cərəyan vurub. Nəticədə o, aldığı xəsarətdən ölüb.
Hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür.