Zərdabda qız oğurlayan  həbs edildi
10 sentyabr 2025 18:16 (UTC +04:00)

Zərdabda qız oğurlayan həbs edildi

0

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib.

Lent.az xəbər verir ki, polis əməkdaşları cinayəti törədən 27 yaşlı İzzət Rəhmanoğlunu saxlayıb.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.

Məlumatı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan  təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar