Yağış yağacaq, temperatur 5-8 dərəcə aşağı enəcək-XƏBƏRDARLIQ
27 aprel 2025 13:29 (UTC +04:00)

Yağış yağacaq, temperatur 5-8 dərəcə aşağı enəcək-XƏBƏRDARLIQ

Bakıda və Abşeronda qısamüddətli yağış gözlənilir

Aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Rayonlarda hava şəraiti aprelin 29-u gündüzədək yağıntılı olacaq

Azərbaycanın rayonlarında aprelin 29-u gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bəzi bölgələrdə leysan, dolu və sulu qar yağması ehtimalı var

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, sel və daşqın riski var

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2332

Oxşar yazılar

Günün hava proqnozu

Günün hava proqnozu

19 may 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

18 may 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

18 may 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

17 may 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

17 may 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

16 may 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

16 may 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

15 may 2025 , 20:30