Gəncədə ŞOK CİNAYƏT:  15 yaşlı oğlan öldürüldü  - YENİLƏNİB
19 avqust 2025 22:36 (UTC +04:00)

Gəncədə ŞOK CİNAYƏT: 15 yaşlı oğlan öldürüldü - YENİLƏNİB

Gəncədə 15 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

***

21:29

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb.

Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar