“Ölsəm sinəmdəki bayrağa bükərsiniz” – HEKAYƏ
27 sentyabr 2022 13:15 (UTC +04:00)

“Ölsəm sinəmdəki bayrağa bükərsiniz” – HEKAYƏ

Gecədən xeyli keçmişdi. Sabah ön xəttə gedəcək bir qrup əsgərimizi məktəbin zirzəmisində yerləşdirdik. İşıqları yandırmaq olmaz, heç kibrit də yandırmağa icazə yox idi. Hərəkət edən əsgərlə ayaqlarının altını görsün deyə komandir "zajlqalka" işığını yerə vurub, tez də söndürürdü. Biz də əlimizdə su, arasında kolbasa, sosiska olan çörəkləri salafan kloklarda otaqların qapısı, giriş hissəsində dayanıb istəyənlərə verirdik.

Otağın baş tərəfində iki əsgər oturmuşdu. Səsimi eşidəndə biri qardaş, digəri isə əmi deyərək məni səslədilər. Bir təhər yanlarına getdim, nə lazımdır? Su var, yemək var dedim. Dedilər ki, hər şeyimiz var. Çantalarımız doludur. Bizim istədiyimiz başqadır. Telefonu cibimdən çıxarıb uzatdım ki, danışmaq istəyirsizsə buyurun danışın. Çox vaxt ailələrinə zəng vurmaq istəyirdilər. Dedilər ki, burda olan əsgərlərin çoxunda bayraq var. Kimində böyük, kimində balaca. Büküb sinələrinə qoyublar. Ölsək sinəmizdə olsun, qalsaq torpaqlarımızı azad etdikcə orda dalğalandıracağıq. Ancaq bizim ikimizdə bayraq yoxdur. Bizə bayraq tapa bilərsən? Qaranlıq idi. Üzlərini görmürdüm. Səslərində inciklik var idi bu iki dostun. Sanki bir-birlərini günahlandırırdılar bayraq olmamasına. Əsgər düşünün ki, bəlkə də bu məktəb zirzəmisində, torpağın üstündə də olsa ən sakit gecəsini keçirirdilər. Ancaq, nigarançılıqları bayraqlarının olmaması idi. Qaranlıqda qürurumdan gözlərim doldu.

Danışmaq istədim boğazım düyünləndi. "Bizə bayraq tapa bilərsiz?" deyərək yenidən səsləndilər. "Taparam" dedim. Ancaq, iki saata yola düşəcəksiz. Mən sizi təkrar bu qaranlıqda, bu qədər əsgərin içərisində necə tapım? deyə mən sual etdim. Sən bayrağı gətir bizə burda elə ayaq üstə, elə bu divarın dibində gözləyəcəyik. Bir təhər zirzəmidən çıxdım. Çıxarkən addımlarımı saydım ki, qayıdıb yenidən tapa bilim. Qaçaraq maşına yaxınlaşdım. Sanki bu qaranlıqda məni görürlər düşüncəsiylə maşına oturdum. Əllərimlə gözlərimi silib, bu qaranlıqda, bu zaman içərisində bayrağı hardan tapa biləcəyimi düşündüm. Olan bayraqların hamısını əsgərlərimizə vermişdik. Bəzi küçələrdə sakinlərimiz öz qapılarının önündən bayraq asmışdılar onlar yadıma düşdü.

Nə olursa olsun. Bu iki əsgərin istəyi yerinə yeirilməlidir. Fikirli-fikirli qaranlıqda küçələrdə qapılara boylana-boylana maşınla gəzməyə başladım. Cürbəcür düşüncələr beynimdə dolanırdı. Yaxşı bayraq asılan qapını tapdım. Bəs o qapıdan bayrağı necə çıxaracam? Çıxaranda birdən məni görsələr necə? Deməzlər ki, bayrağı niyə oğurlayırsan? Hər sualın sonunda özümə təskinlik verirdim. Ancaq, bu qədər boylanmağıma baxmayaraq gözümə bayraq dəymirdi. Bəlkə də bu qaranlıqda mən görmürdüm. Öz küçəmizə gəlib çıxdığımı gördüm. Qapının ağzında maşını saxlayıb evə girdim. Atamla anam oturmuşdular. Anam ayağa qalxıb "nəsə lazımdır?" deyə soruşdu. "Bayraq. Bu dəfə nə yemək, nə içmək sadəcə bayraq lazımdır" dedim. Barmağı ilə otağı göstərdi. Uşaqların var idi, qatlayıb qoymuşam ora. Tez otağın qapısını açdım. Üç dənə bir metrdən uzun bayraq ütülənmiş, səliqəli qatlanmış vəziyyətdə stolun üstündə idi. İkisini götürüb tez maşına qaçdım. Bir saat olardı ki, əsgərlərdən aralanıb, bayraq axtarırdım. Tez məktəbə çatdım. Artıq maşınlar gəlmişdi, işıqları sönülü hazır vəziyyətə əsgərləri gözləyirdilər.

Zirzəminin qapısına yaxınlaşdım, o təlaşda bayaq addımladığım sayı unutdum. İçəri girəndə komandirlərin səsi əsgərlərin səsinə qarışmışdı. Qalxın,maşınlara, cəld olun. Bu vəziyyətdə o iki əsgəri tapa bilməyəcəyimi düşünüb başladım qışqırmağa. "Bayraq, bayraq". Bir az qulaq asıdım cavab yox idi. İçəridə bir təhər irəliləyirdim. Son divara qədər bir təhər gedəcəm dedim. Bir də səsləndim bayraq deyə, birdən qarşı tərəfdən səs eşitdim. "Əmi, əmi gəldin? Burdayıq". Sevincimin həddi-hüdudu yox idi. Artıq çatmışdım onlara. Necə qoyub getmişdimsə elə də dayanmışdılar. Heç tərpənmədən, oturmadan. Dedilər ki, yerimizdən tərpənmədik ki, birdən bizi tapmazsan. Bu qaranlqda üzlərini yaxşı görməsəm də bayrağı məndən aldılar. Yaxa düymələrini açıb sinələrinə qoydular. Mənə təşəkkür etdilər, dedilər ki, bu bəlkə də son istəkləri idi. Əsil mən təşəkkür edirəm dedim. Sağollaşdıq. Mən yavaş-yavaş onlardan uzaqlaşanda səslərini eşidirdim. İki dost vəsiyyət edirdilər biri-birlərinə. "Hansımız birinci Şəhid olsaq sinəmizdəki bayrağa bükülər. Hansımız sağ qalsaq Şəhidlərimiz üçün azad olunan torpaqlarda bayrağı dalğalandıraq". 

Bəlkə də kimlərinsə xoşuna gəlməsin. Ola bilər. Bu yaşanılmış bir hadisəni bəyənmək deyil, bilmənizi istədim. İstədim ki, bu cür oğulların varlığını biləsiniz. Yeməyi deyil, suyu deyil, həyatını deyil öz üç rəngli bayrağını azad etdiyi torpaqlarda dalğalandırmaq istəyini biləsiniz. Ölsə belə bu bayrağa bükülmə istəyini biləsiz...

Tural Nəbiyev, “Müharibə gündəliyi”

# 2190
avatar

Oxşar yazılar

Bakıda "Atəşgah"a gəldi, Dehlidə 33 gülləylə öldürüldü - ONU TANI

Bakıda "Atəşgah"a gəldi, Dehlidə 33 gülləylə öldürüldü - ONU TANI

31 oktyabr 2022 , 20:15
Lənkəranda ağac axtardı, qardaşını öldürdü - ONU TANI

Lənkəranda ağac axtardı, qardaşını öldürdü - ONU TANI

21 oktyabr 2022 , 20:15
Səhraya sürgün, Bakıya gizli qaçış, bitməyən sevgi – HƏYAT HEKAYƏSİ

Səhraya sürgün, Bakıya gizli qaçış, bitməyən sevgi – HƏYAT HEKAYƏSİ

23 iyun 2022 , 20:15
Əsiri polislə dəyişmək üçün 6 ay erməniyə baxdılar - 30 il yol gözləyən qadının HƏYAT HEKAYƏTİ

Əsiri polislə dəyişmək üçün 6 ay erməniyə baxdılar - 30 il yol gözləyən qadının HƏYAT HEKAYƏTİ

23 iyun 2022 , 18:03
Fransada taxılan üzük, 8 il Sibirdə, "Vətənə qayıtma" - FİLM KİMİ

Fransada taxılan üzük, 8 il Sibirdə, "Vətənə qayıtma" - FİLM KİMİ

28 may 2022 , 15:00
Qorxulu Qroznı, terrorçuların evində, "döyüşmək istəmirəm" - "Bacı" Lent.az-a danışır...

Qorxulu Qroznı, terrorçuların evində, "döyüşmək istəmirəm" - "Bacı" Lent.az-a danışır...

9 fevral 2022 , 17:30
700 qətl, "yuyulan" milyonlar:  Alnı çapıq bərbər oğlunun ad günüdür

700 qətl, "yuyulan" milyonlar: Alnı çapıq bərbər oğlunun ad günüdür

17 yanvar 2022 , 20:15
“Allah ikimizi də eyni vaxtda...”- Gürcü Giviylə azərbaycanlı Xatirənin SEVGİ DASTANI LENT.az-da

“Allah ikimizi də eyni vaxtda...”- Gürcü Giviylə azərbaycanlı Xatirənin SEVGİ DASTANI LENT.az-da

13 yanvar 2022 , 20:15