Azərbaycanda çıxış edən 3 futbolçu sabiq Avropa çempionlarına qarşı
29 sentyabr 2010 11:25 (UTC +04:00)

Azərbaycanda çıxış edən 3 futbolçu sabiq Avropa çempionlarına qarşı

Lent.az-ın Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Aleksandr Starkov qarşıdakı görüşlərə Unibank Premyer Liqasında çıxış edən 3 futbolçunu da dəvət edib.

Bunlar “Xəzər Lənkəran”ın qapıçısı Denis Romanov, “Qarabağ”ın yarımmüdafiəçisi Andrey Rubin və “İnter”in hücumçusu Girt Karlsondur. Starkovun siyahısındakı 21 futbolçudan 11-i legionerdir. Azərbaycan millisinin futbolçusu Mahir Şükürovun Rusiya “Anji”sindəki komanda yoldaşı, müdafiəçi Oskar Klyava da dəvətlilər arasındadır.

Qeyd edək ki, Latviya yığması cari seçmə tsikldə əvvəlki görüşlərində Xorvatiyaya 0:3 hesabı ilə uduzsa da, Maltanı yenməyi bacarıb – 2:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar