Milli komandanın sabiq futbolçusundan narkotik tapıldı
Lent.az-ın “The Daily Telegraph”a istinadən verdiyi məlumata görə, Qaskoyndan əlavə, narkotik satmaqda şübhəli bilinən daha bir şəxs yaxalanıb.
Hazırda veteran futbolçu sərxoş vəziyyətdə avtomobil idarə etməkdə ittiham olunur. Ona yeni ittihamın irəli sürülüb-sürülməyəcəyi məlum deyil. 43 yaşlı idmançı oktyabrın 22-ə keçən gecəni türmədə saxlanılıb. Hazırda o, dindirilir.
Qaskoyndan məhz hansı narkotik maddənin tapıldığı dəqiqləşdirilməyib. Lakin bildirilir ki, söhbət A səviyyəli qadağan olunmuş maddələrdən gedir. Onlara Böyük Britaniyada opium, kokain, bir sıra stimulyator və hallüsinasiya yaradan və güclü təsirə malik narkotiklər kimi aiddir.
Qeyd edək ki, Pol Qaskoyn çoxdandır alkoqol aludəçiliyinə qarşı mübarizə aparır və müntəzəm olaraq, spirtli içki qəbulu ilə əlaqədar qalmaqallı olaylarla üzləşir. Oktyabrın 20-də Qaskoyn sərxoş halda avtomobil idarə etdiyi üçün məhkəmədə cavab verib. Ona 3 ayadək türmə cəzası ala biləcəyi haqda xəbərdarlıq edilib. Eyni zamanda, sabiq futbolçunun sürücülük vəsiqəsindən məhrum ediləcəyi gözlənilir. Bu işlə bağlı növbəti məhkəmə iclası noyabrın 3-də olacaq.

Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02