Unibank Premyer Liqası: “Neftçi” liderliyini möhkəmlətdi
29 noyabr 2010 10:41 (UTC +04:00)

Unibank Premyer Liqası: “Neftçi” liderliyini möhkəmlətdi

0
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma flaqmanın minimal hesablı qələbəsi ilə nəticələnib. Yeganə topu “Neftçi”nin kapitanı Ruslan Abışov vurub. Beləliklə, ən yaxın izləyicisi “Xəzər Lənkəran”ın “Bakı” ilə heç-heçəsindən yararlanan “ağ-qaralar” liderliyini möhkəmləndirib. Ardıcıl 3-cü məğlubiyyətini alan “Qarabağ” isə ilk “6-lıq”dan kənarda qalıb.

Günün sensasiyası isə Salyanda qeydə alınıb. Qeyri-sabit çıxış edən “Muğan” son çempion “İnter”i eyni hesabla məğlubiyyətə uğradıb. Yeganə topu sabiq “İnter”li Angel Qutyerres vurub.

AZAL isə Tovuzda “Turan” üzərində 2:1 hesablı vacib qələbə sayəsində 3-cü pillədəki mövqeyini möhkəmlədib və “Xəzər Lənkəran”la xallarını bərabərləşdirib. Zohair Benuahi ötən tur “Qarabağ”la qarşılaşmada olduğu kimi, yenə “dubl” edib.

28 noyabr (bazar)

"Turan" (Tovuz) – AZAL (Bakı) – 1:2

Muammer Erdoğdu, 58 - Zohair Benuahi, 12; 53

"Muğan" (Salyan) - "İnter" (Bakı) – 1:0
Angel Qutierrez, 77

"Qarabağ" (Ağdam) - "Neftçi" (Bakı) – 0:1
Ruslan Abışov, 56

27 noyabr (şənbə)

"Bakı" - "Xəzər Lənkəran" – 1:1

Emin Cəfərquliyev, 56 - Uinston Parks, 17

"Gəncə" – MOİK (Bakı) – 1:0
Junivan Suares, 86
Qırmızı vərəqə: Nuran Qurbanov, 30 (MOİK)

"Qəbələ" - "Simurq" (Zaqatala) – 4:0
Deon Barton, 30; 61-hər ikisi penalti ilə. Kristian Torres, 55. Arif İsayev, 90

 

Komandalar

O

Q

H

M

T

X

1

"Neftçi"

15

10

4

1

30-7

34

2

"Xəzər Lənkəran"

15

9

4

2

17-7

31

3

AZAL

15

9

4

2

22-8

31

4

"İnter"

15

8

3

4

13-10

27

5

"Qəbələ"

15

6

5

4

13-7

23

6

"Bakı"

15

6

4

5

22-17

22

7

"Qarabağ"

15

6

3

6

15-12

21

8

"Gəncə"

15

4

7

4

20-20

19

9

"Muğan"

15

3

5

7

7-16

14

10

"Turan"

15

2

5

8

12-23

11

11

"Simurq"

15

1

4

10

9-25

7

12

MOİK

15

1

2

12

5-33

5




Bombardirlər: Bahodir Nasimov ("Neftçi") - 14 qol, Qvidas Yuska (AZAL), Junivan Suares ("Gəncə") - 7 qol.

XVI turun oyunları

4 dekabr (şənbə): MOİK – “Qəbələ”, AZAL – “Neftçi”, “Turan” – “Xəzər Lənkəran”, “Qarabağ” – “İnter”

5 dekabr (bazar): “Bakı” – “Simurq”, “Gəncə” – “Muğan”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 664

Oxşar yazılar