Azərbaycanın 3 klubu növbəti mərhələdə
0
0
Lent.az-ın məlumatına görə, ikinci mərhələnin cavab görüşlərində “Azərreyl”, “İqtisadçı” və “Lokomotiv” komandaları qələbə qazanıblar.
“Azərreyl” Bakıda olduğu kimi, Yunanıstanda da “Markopulo”nu darmadağın edib – 3:0. Bu dəfə “Markopulo” “dəmiryolçular”a yalnız ikinci setdə müqavimət göstərə bilib – 12:25, 20:25, 15:25.
“İqtisadçı” Avstriyanın “Sparkasse” komandasına səfərdə də aman verməyib – 3:0 (25:9, 25:19, 25:22).
“Lokomotiv” isə Rusiyanın “Omiçka” klubunu “qızıl set” hesabına üstələyib. Komandamız ilk görüşdə 2:3 hesabı ilə uduzduğu “Omiçka”nı Bakıda darmadağın edib – 3:0 (25:16, 25:23, 26:24). Qaydalara əsasən, cütün qalibini müəyyənləşdirmək üçün “qızıl set” oynanılıb. Bu dəfə də “Lokomotiv” üstün olub – 16:14.
Qeyd edək ki, növbəti mərhələnin püşkü dekabrın 16-da atılacaq.