Devid Bekhem “Tottenhem”də
05 yanvar 2011 16:39 (UTC +04:00)

Devid Bekhem “Tottenhem”də

0
Lent.az-ın “Goal.com”a istinadən verdiyi məlumata görə, 36 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsini İngiltərənin “Tottenhem” klubunda keçirəcək. Bekhemin 2 aylıq icarəsi “Tottenhem”ə 500 min funta başa gəlib. Oyunçunun özü isə həftədə 120 min funt qazanacaq. Təcrübəli futbolçu yanvarın 9-da “Tottenhem” və “Çarlton” komandaları arasında keçiriləcək İngiltərə Kuboku matçından öncə azarkeşlərə təqdim ediləcək.


Qeyd edək ki, Devid Bekhem 2009, 2010-cu illərdə 3 aylıq icarə əsasında İtaliyanın “Milan” klubunun formasını geyinib. “Tottenhem” də “Milan” kimi, Bekhemdən əsasən Çempionlar Liqası qarşılaşmalarında yararlanmaq niyyətindədir. Beləliklə, İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu 8 ildən sonra öz ölkəsinin çempionatında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 899

Oxşar yazılar