“Xəzər Lənkəran”ın qovduqlarından yeni komanda yaratmaq olar
07 yanvar 2011 16:25 (UTC +04:00)

“Xəzər Lənkəran”ın qovduqlarından yeni komanda yaratmaq olar

0
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Asif Məmmədov, Ramazan Abbasov və Xaqani Məmmədovdur.

Bu qərar klub rəhbərliyinin baş məşqçi ilə məsləhətləşmələrin nəticəsində qəbul olunub. “Adı çəkilən futbolçuların “Xəzər Lənkəran”dan uzaqlaşdırılması heç də azərbaycanlı oyunçularımızdan imtina kimi qiymətləndirilməməlidir. Komandaya gənc və yerli futbolçuların cəlb olunması klub rəhbərliyinin qarşısında prioritet məsələlərdən biri olaraq qalır” - deyə, “Xəzər Lənkəran”ın yaydığı açıqlamada bildirilir.

Qeyd edək ki, “Xəzər Lənkəran” klubu “təmizləmə” əməliyyatına oktyabrın 27-də hücumçu Dieqo Ruisin transferə çıxarılması ilə başlayıb. Sonradan qapıçı Denis Romanov, yarımmüdafiəçi Kristian Kabral və Konstantin Arbanas,, hücumçu Allan Lalin, müdafiəçilər Davit İmedaşvili, Adrian İordake və Radomir Todorov da eyni aqibəti yaşayıb. Yarımmüdafiəçilər Asif Məmmədov və Ramazan Abbasovla hücumçu Xaqani Məmmədova da qapının göstərilməsi ilə Lənkəran komandasından kənarlaşdırılanların sayı 11-ə çatıb. Onların qapıçıdan tutmuş hücumçuyadək bütün mövqelərdə çıxış edən futbolçulardan ibarət olduqlarını nəzərə alsaq, qovulanlardan 1 – 4 – 3 – 3 taktiki sxemi ilə yeni bir komanda qurmaq mümkündür. Əvəzində hələlik cəmi 2 oyunçu – “Muğan”ın pleymekeri Elnur Abdullayevlə MOİK-in cinah yarımmüdafiəçisi Anar Qasımovun transfer edildiyi rəsmən açıqlanıb. Hazırda komandanın 16 oyunçusu var.

Rumıniya mətbuatı isə bir neçə gündür vətəni Rumıniyada olan baş məşqçi Mirça Rednikin bir neçə futbolçu – Karlos Çesinya (“Rapid”), Georgian Paun, Adrian Skarlataçe, Nikolay Muşat (hamısı “Dinamo” Buxarest), Karlos Kardozo (“Pandurii”) ilə anlaşdığını yazıb. “Qloriya”nın rəsmi saytı isə yarımmüdafiəçi Andrey Mureşanın yanvarın 10-dan “Xəzər Lənkəran”ın düşərgəsinə qatılacağını bəyan edib. Kardozo və Skarlataçe müdafiəçi, Paun yarımmüdafiəçi, Çesinya hücumçudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1263

Oxşar yazılar