Süleyman Kərimov “Anji”ni aldı
0
0
Lent.az-ın məlumatına görə, bu haqda Dağıstan Respublikası rəhbərliyinin mətbuat xidmətindən açıqlama yayılıb.
Açıqlamada bildirilir ki, Moskvada Dağıstan prezidenti Maqomedsalam Maqomedovla Rusiya Federasiyası Şurasının üzvü Süleyman Kərimov arasında görüş keçirilib. Görüşdə respublika parlamentinin spikeri və “Anji”nin prezidenti Maqomedsultan Maqomedov da iştirak edib. Nəticədə “Anji” klubunun Kərimovun rəhbərlik etdiyi strukturlara satışına dair razılıq əldə olunub.
Qeyd edək ki, “Anji”də Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov böyük məşqçi, yığmamızın müdafiəçisi Mahir Şükürov isə futbolçu kimi yer alıb. 5,5 milyard dollar pulu olan Süleyman Kərimov isə 2010-cu ildə Rusiyanın ən varlı biznesmenləri arasında 19-cu, dünyada isə 136-cı yeri tutur.