Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu
Reqbi üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.
Bu haqda Lent.az-a Azərbaycan Reqbi Federasiyasının prezidenti Eldəgiz Rəfibəyli məlumat verib. Onun sözlərinə görə, gürcüstanlı mütəxəssis Malxaz Çeişvili ilə müqavilə bağlanılıb. Çeişvili bunadək Gürcüstan millisinə rəhbərlik edib. O, öz ölkəsinin komandasını 2007-ci il dünya çempionatının final mərhələsinə çıxarıb. Təcrübəli baş məşqçi hazırda Beynəlxalq Reqbi Şurasının Tbilisidə açdığı akademiyada müəllim kimi də çalışır.
Çeişvilinin yığmamızda ilk sınağı isə noyabrın 7-də olacaq. Həmin gün komandamız Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Avropa Millətlər Kubokunun 3D divizionundakı rəqiblərindən olan Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Oxşar yazılar

"Barselona" Çempionlar Liqasında 12 il sonra 7 qol buraxdı
7 may 2025 , 11:02
Səudiyyə nəhəngindən “Mançester Yunayted”in lideri üçün rekord məbləğ
7 may 2025 , 09:37
“İnter” “Barselona”nı məğlub edib finala çıxdı
7 may 2025 , 01:43
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
6 may 2025 , 20:52
Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”
6 may 2025 , 19:46
Aleks Ferqyuson bütün zamanların ən yaxşı futbolçusunu AÇIQLADI
6 may 2025 , 18:52
Porno aktrisadan "İnter"in ulduzuna ŞOK İTTİHAM
6 may 2025 , 15:06