Mübariz Mənsimovdan futbol klubuna 30 milyon dollar
İş adamı bundan başqa, komandaya dünyada tanınmış futbolçu da alacaq
Azərbaycanlı məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov noyabrın 3-də “Beşiktaş”-“Volsburq” (Almaniya) oyununu izləyənlər arasında olub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Beşiktaş” klubuna prezidentliyə namizədlərdən olan Murat Aksu ilə birgə olduğu deyilən Mənsimov oyunu klubun hazırkı prezidenti İldırım Dəmirörənlə birlikdə izləməklə şayiələri təkzib edib.
Məşhur “Forbes” jurnalı tərəfindən Türkiyənin 7-ci ən varlı şəxsi elan edilən 41 yaşlı Mənsimovun “klub prezidentliyinə seçkilərdə Dəmirörənin yanındayam. Bundan sonra “Beşiktaş”da daha aktiv rol alacam. Bu klub üçün maddi məsələlərdə bütün qapıları sona qədər açacağam” dediyi bildirilir.
Dəmirörəni sonuna qədər dəstəkləyəcəyini bəyan edən iş adamı klub prezidentinə qarantiya da verib. Mənsimov “Beşiktaş”a 30 milyon dollar yardım edəcək və dünyada məşhur olan bir futbolçu alacaq. O, alacağı futbolçunun bütün xərclərini də çəkəcək.
“Xəzər-Lənkəran” klubunun sahibi və fəxri prezidenti olan Mənsimovun sərvəti 1,5 milyard dollardır. Onun İdarə Heyətinin sədri olduğu “Palmali” Şirkətlər Qrupuna ümumilikdə 48 şirkət daxildir. Mənsimovun sahibi olduğu 129 gəmi dəniz daşımaları sahəsində dünyada ilk “beşliyə” daxildir. Azərbaycanlı milyarderin ümumilikdə 45 min işçisi var.

Oxşar yazılar

"Barselona" Çempionlar Liqasında 12 il sonra 7 qol buraxdı
7 may 2025 , 11:02
Səudiyyə nəhəngindən “Mançester Yunayted”in lideri üçün rekord məbləğ
7 may 2025 , 09:37
“İnter” “Barselona”nı məğlub edib finala çıxdı
7 may 2025 , 01:43
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
6 may 2025 , 20:52
Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”
6 may 2025 , 19:46
Aleks Ferqyuson bütün zamanların ən yaxşı futbolçusunu AÇIQLADI
6 may 2025 , 18:52
Porno aktrisadan "İnter"in ulduzuna ŞOK İTTİHAM
6 may 2025 , 15:06