Mübariz Mənsimov alman futbolunun ulduzunu alır
“Xəzər-Lənkəran”ın sahibi Klozeni hədiyyə etmək niyyətindədir
“Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Türkiyənin “Beşiktaş” klubunda 2010-cu ilin yanvarında keçiriləcək prezident seçkisində Yıldırım Dəmirörənə dəstək verəcək. Lent.az-ın “Fotospor”a istinadən verdiyi məlumata görə, Dəmirörən yenidən prezident seçiləcəyi halda, klubun idarə heyətində Mənsimov da yer alacaq.
Azərbaycanlı iş adamı hazırkı klub prezidentinin namizədliyinə dəstək məqsədilə ulduz futbolçu almaq qərarına gəlib. O, qış transfer dövründə Almaniya milli komandasının və “Bavariya”nın hücumçusu Miroslav Klozeni alaraq, Dəmirörənə seçki hədiyyəsi etmək niyyətindədir. Münhen klubunda İvitsa Oliç və Mario Qomesin kölgəsində qalan Kloze də “Beşiktaş”a gəlməyə müsbət yanaşır.
Qeyd edək ki, Mübariz Mənsimov həm də “Xəzər-Lənkəran” klubunun fəxri prezidentidir.

Oxşar yazılar

"Barselona" Çempionlar Liqasında 12 il sonra 7 qol buraxdı
7 may 2025 , 11:02
Səudiyyə nəhəngindən “Mançester Yunayted”in lideri üçün rekord məbləğ
7 may 2025 , 09:37
“İnter” “Barselona”nı məğlub edib finala çıxdı
7 may 2025 , 01:43
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
6 may 2025 , 20:52
Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”
6 may 2025 , 19:46
Aleks Ferqyuson bütün zamanların ən yaxşı futbolçusunu AÇIQLADI
6 may 2025 , 18:52
Porno aktrisadan "İnter"in ulduzuna ŞOK İTTİHAM
6 may 2025 , 15:06