“Bakı”nın futbolçuları “Neftçi” üzərində qələbəyə köklənib
Lent.az-ın məlumatına görə, bu fikirləri “Bakı” klubunun futbolçusu İbrahim Karqbo Unibank Premyer Liqasının final mərhələsində “Neftçi” ilə martın 13-də keçirəcəkləri oyun haqda deyib. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”ni yenərək, azarkeşləri, klub rəhbərliyi və bütün “Bakı” ailəsini sevindirəcəklərini bildirib. O, azarkeşləri fəal olmağa çağırıb: “Derbi qabağı azarkeşlərimizə bizi hər zaman dəstəklədikləri üçün minnətdarlığımı bildirirəm. Bakı derbisində də tərəfdarlarımızın fəal olacağına əminəm”.
“Altılıq” oyunları barədə danışan syerra-leoneli futbolçu bu mərhələdə oyunların daha gərgin keçəcəyini, “Bakı”nın bütün oyunlara eyni məsuliyyətlə hazırlaşdığını vurğulayıb.
Serbiyalı müdafiəçi Stevan Bates də “Neftçi”ni yenmək üçün meydançaya çıxacaqlarını söyləyib: “Neftçi” güclü komandadır və rəqiblərimizin turnir cədvəlində ilk pillədə yer alması oyuna əlavə rəng qatır. Biz hər oyuna yalnız qələbə üçün çıxırıq, sabah da belə olacaq. Güclü rəbiqlərlə oynamaq bizə əlavə ruh verir. Məncə, “Neftçi” və “Xəzər-Lənkəran”la oyunlar daha çətin alınacaq”.
Bates “altılıq” oyunlarının tam fərqli keçəcəyini də əlavə edib. Final mərhələsində zəif rəqibin olmadığını deyən təcrübəli müdafiəçi “altılıq”dakı bütün komandaları bir-birilərinə layiq sayıb.

Oxşar yazılar

“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50