“Barselona”nın futbolçusunda şiş tapıldı
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı müdafiəçi martın 18-də Barselonada əməliyyat olunacaq.
Açıqlamada fransalı oyunçunun özəl həyatına sayğı göstərilməsi xahiş olunub. Məsələ ilə bağlı əlavə bilgi verilməyib.
Abidal martın 15-də özünü pis hiss edib. Tibbi müayinə nəticəsində onun qara ciyərində şiş olduğu üzə çıxıb. İspaniyalı jurnalist Gilyerme Balaqe özünün mikrobloqunda şişin xoşxassəli olduğunu və futbolçunun 1,5 aydan sonra çıxışlarını bərpa edəcəyini yazıb.
Qeyd edək ki, Erik Abidal “Barselona”ya 2007-ci ildə Fransanın “Lion” klubundan keçib. O, əvvəllər vətənində “Monako” və “Lill”də də oynayıb, Fransa yığmasının heyətində 55 matçda iştirak edib.

Oxşar yazılar

Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30