Qazaxıstan yığması Azərbaycanla oyuna yeni strategiya və kapitanla çıxacaq
0
0
Lent.az-ın məlumatına görə, çexiyalı mütəxəssis “Tengrinews.kz” saytının oxucularının suallarını cavablandırarkən, hədəflərinin A qrupunda 5-ci yeri tutmaqdan ibarət olduğunu bildirib.
“Bu, mənim 2011-ci ildə uğur meyarım olacaq. Məhz bundan sonra biz müqavilənin uzadılması barədə danışa bilərik” – deyə, Baranek bildirib.
Baranek 5-ci yeri tutmaq üçün Azərbaycan yığması ilə qarşıdakı 2 oyuna strategiya hazırlamaq üzərində aktiv işlədiklərini açıqlayıb: “Azərbaycan ciddi rəqibdir, ötən il Türkiyə millisinə qalib gəlib. Lakin biz daha uğurlu nəticə göstərmək üçün maksimum qüvvə sərf edəcəyik”.
Qeyd edək ki, Qazaxıstanla Azərbaycan yığmaları arasındakı ilk görüş iyunun 3-də Astanada olacaq. Miroslav Baranek bu oyun üçün heyəti və strategiyanı hələ açıqlamayıb. Lakin onun Astana “Lokomotiv”inin yarımmüdafiəçisi Andrey Karpoviçi kapitan, “Aktobe”nin müdafiəçisi Samat Smakovu isə vitse-kapitan təyin etməyə hazırlaşdığı bildirilir.