Forlan “Beşiktaş”la anlaşıb
0
0
Lent.az-ın məlumatına görə, bu barədə İstanbul klubunun futbol şöbəsinin keçmiş rəhbəri Cəlal Kolot “Radyospor”a açıqlama verib.
O bildirib ki, “Beşiktaş” rəsmiləri Forlan və onun meneceri ilə 1,5 ay öncə görüşüblər. 32 yaşlı oyunçu ilə ildə 5,5 milyon avro olmaqla, 3 illik müqavilə bağlanılmasına dair ilkin razılıq əldə olunub: “Lakin Forlanı “Beşiktaş”ın sabiq baş məşqçisi Bernd Şuster istəyirdi. İndi o, komandanın sükanı arxasında olmadığından, rəhbərliyin bu anlaşmanı hüquqi qüvvəyə mindirib-mindirməyəcəyini deyə bilmərəm. Hər halda “Beşiktaş” Forlanın şərtlərini qəbul etmişdi”.
Qeyd edək ki, Dieqo Forlanın “Atletiko” ilə müqaviləsi 2013-cü ilədək qüvvədədir. Uruqvaylı forvard bu mövsüm klubunda üst-üstə 38 oyuna 10 qol vurub.