Qaşıbəyazov Azərbaycan yığmasında! - FOTO
0
0
36 yaşlı idmançının yığmamızda çıxışına Beynəlxalq Atçılıq Federasiyası (FEİ) da rəsmən razılıq verib. Əvvəllər dəfələrlə Rusiya çempionu adını qazanmış Qaşıbəyazovun Azərbaycan adından qatıldığı ilk yarış Bakının Binə qəsəbəsindəki yeni istifadəyə verilən Atçılıq Mərkəzində Heydər Əliyevin xatirəsinə konkur növü üzrə SCİ4* kateqoriyalı beynəlxalq turnirdir. O, açılış yarışında “Papirus” ləqəbli atla ikinci yeri tutub.
Maksimal hündürlüyü 145 sm olan maneələri dəf edən jokeylərin mübarizəsində birinci yer millimizin daha bir legioneri Patrik MakEntiyə qismət olub. MakEnti “Devid” ləqəbli atla maneələri cəriməsiz dəf edib. Qaşıbəyazov da cəriməsiz çıxış etsə də, əlavə göstəricilərdə ikinci yerlə kifayətlənib. Üçüncü yeri isə “Kilar” ləqəbli atla Olqa Danilova (Rusiya) tutub.
Elşən MƏMMƏDOV