Joze Mourinyo: “Barselona” barədə bazar ertəsi düşünəcəyik”
Lent.az-ın məlumatına görə, “kral klubu” aprelin 23-də İspaniya çempionatı matçında “Valensiya”nı qəbul edəcək.
Bundan 4 gün sonra isə Mourinyonu “Barselona” ilə Çempionlar Liqasının yarımfinal qarşılaşması gözləyir. Portuqaliyalı mütəxəssis əzəli rəqibləri ilə oyun haqda aprelin 25-dən sonra düşünməyə başlayacaqlarını söyləyib: “Mən “Barselona” ilə görüş barədə heç nə eşitmək istəmirəm. Növbəti oyunumuz şənbə günüdür. Bazar günü ailəmizlə istirahət edəcəyik. Bazar ertəsi isə “Barselona” barədə düşünərik”.
İspaniya çempionatının sonuna 6 tur qalmış “Real Madrid” lider “Barselona”dan 8 xal geri qalır. Lakin Mourinyo hələ hər şeyin həll olunmadığını bildirib: “Heç bir hegemonluqdan söhbət gedə bilməz. “Barselona” fantastik təsir bağışlayır. Onlar çoxlu kubok qazanıblar və yenə də qazanacaqlar. Lakin nə dünya, nə də Avropa çempionudurlar. Sadəcə, İspaniya çempionudurlar”.
Qeyd edək ki, “Real Madrid”lə “Barselona” arasında Çempionlar Liqasındakı ilk yarımfinal matçı “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Cavab görüşü mayın 3-də “Nou Kamp”da olacaq.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19