AZAL klubu sərxoş futbolçusunun məsələsinə baxacaq
Bakının AZAL klubu belaruslu futbolçusu Gennadi Bliznyukla yollarını ayıra bilər. Lent.az-ın məlumatına görə, buna səbəb hücumçunun içkiyə hədsiz meylli olmasıdır. Ayyarım öncə Bliznyuka bu barədə xəbərdarlıq edilsə də, 30 yaşlı forvard heç bir nəticə çıxarmayıb. Son olaraq, aprelin 17-də “Neftçi” ilə Unibank Premyer Liqası matçında çıxış etmiş təcrübəli futbolçu növbəti turda “Xəzər Lənkəran”la səfər matçına aparılmayıb. AZAL rəhbərliyi tezliklə klubdaxili iclas keçirərək, bu məsələni müzakirə etmək niyyətindədir.
Klub prezidenti Vaqif Qasımov Lent.az-a açıqlamasında Bliznyukun göndərilə biləcəyini istisna etməsə də, konkret səbəb açıqlamayıb. O, belaruslu legionerin içkiyə meylliliyi barədə informasiyanı nə təkzib, nə də təsdiq edib: “Bliznyukla bağlı hələ rəsmi qərar verməmişik. Sabah klubdaxili iclas keçirəcəyik. İçki içib-içmədiyini bilmirəm. O, gəlib bizə izahat verməlidir. Ötən gün də iclasımız oldu. Lakin həmin toplantıda, əsasən, “Xəzər Lənkəran”a 0:3 hesablı məğlubiyyəti müzakirə etdik. O, “Neftçi” ilə görüşdən sonra heç yerə getməyib, Bakıda olub. Qarşıdakı iclasımızda Bliznyuk izahat verdikdən və məsələyə tam aydınlıq gəldikdən sonra qərar qəbul edəcəyik. Belaruslu hücumçu ilə yollarımızı ayıracağımızı demək hələ tezdir. Onun AZAL-la hələ bir illik müqaviləsi var. Ola bilsin, müəyyən müddətə istirahətə göndərdik. Görsək ki, yalnız futbol oynamaq istəyir, komandaya qaytara bilərik. Yenə deyirəm, hər şeyə klubdaxili iclasımızda aydınlıq gələcək”.
Qeyd edək ki, Gennadi Bliznyukla qış transfer dövründə 1,5 illik müqavilə bağlanılıb. Bliznyuk AZAL-ın heyətində 2 qol vurub. Onun içkiyə meyl etməsi barədə ilk xəbəri “Futbol+” qəzeti yayıb.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19