Maradona üçün yeni iş yeri
0
0
Lent.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, əvvəlki baş məşqçi Ramon Anxel Dias aprelin 24-də “Tiqre”yə 0:1 hesablı məğlubiyyətdən sonra istefa verib.
Klub prezidenti Karlos Abdo Maradonanın nümayəndələrinin onunla əlaqə saxladıqlarını açıqlayıb. Digər namizədlər isə Alfio Basile və Marselo Byelsadır.
Qeyd edək ki, Dieqo Maradona 2010-cu il dünya çempionatının ¼ finalında Almaniyaya 0:4 məğlubiyyətdən sonra Argentina millisindən istefa verib. “San-Lorenso” 11 qat ölkə çempionu olsa da, sonuncu dəfə 2007-ci ildə qızıl medal qazanıb.