“Beşiktaş” Nihatı qovur
0
0
Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, buna Türkiyə yığmasının sabiq hücumçusunun son zamanlar komandadaxili nizam-intizamı pozması səbəb olub.
Nihat Superliqanın ötən turunda “Konyaspor”la oyun zamanı komanda yoldaşı Rikardu Kuarejmanın, qarşılaşmadan sonra isə qəzetçi Turqay Dəmirənin üzərinə hücum çəkib. Olayların ardından futbol komitəsi üzvlərindən məlumat alan klub prezidenti Yıldırım Dəmirörən belə halların xüsusən media önündə baş verməsindən narahatlıq ifadə edib. Digər tərəfdən, üzləşdiyi zədələrdən heç cür qurtula və əvvəlki formasına dönə bilməyən Nihat yüksək əmək haqqı (ildə 2,5 milyon avro) alır.
“Beşiktaş”ın idarə heyətinin bu gün keçiriləcək toplantısında Kahveçi ilə bağlı məsələ müzakirə olunacaq. 32 yaşlı forvardın mövsümün sonunu gözləmədən müqaviləsinin ləğvi gündəmə gələcək.
Qeyd edək ki, bir müddət öncə İbrahim Üzülməz komanda yoldaşı İbrahim Toramanla dalaşdığı üçün “Beşiktaş”dan qovulub.