“Baku “Fires”in şikayət məktubuna baxılıb
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komitə məsələyə bir neçə gün əvvəl baxsa da, yalnız indi protesti cavablandırıb.
Cavabda Fransadakı qarşılaşmada hakimlərin obyektiv qərarlar qəbul etdiyi, hər hansı pozuntunun olmadığı vurğulanıb. Beləliklə, Nizam-İntizam Komitəsi “Baku Fires”in etirazını haqsız sayıb. Ancaq “Baku Fires” rəhbərliyi komandamızın finalda mübarizə aparmalı olduğunu düşünür və bu qərarı ədalətsizlik kimi qiymətləndirir: “Hər kəs Bakıda keçirdiyimiz döyüşdə də gördü ki, biz fransızlardan güclüyük. Təəssüf ki, Parisdə hakimlərin ədalətsizliyi ilə üzləşdik. Amma həyat davam edir. İki boksçumuz Olimpiadaya lisenziya uğrunda döyüşəcək. Onların qələbə qazanacağına ümid edirik”.
Qeyd edək ki, “Baku Fires” “Paris United”i Bakıda 4:1 hesabı ilə məğlub etsə də, səfərdə fransızlara “quru” hesabla uduzaraq, yarışdan kənarda qalıb. Ancaq “Paris United”in qalibiyyətində hakimlərin də “rolu” olub. 85 kq çəki dərəcəsində mübarizə aparan Rizvan Əlimuradov Hrvoje Sepi məğlub etsə də, iki avropalı hakim 48:47 hesabı ilə xorvatiyalı boksçunun qələbəsini qeydə alıb. Halbuki argentinalı referi 50:45 hesabı ilə həmyerlimizin qalibiyyət əldə etdiyini bildirib.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19