“Neftçi”nin mərhum əməkdaşlarına həsr edilən çempionluq
0
0
“Bizə çempionluq yolunda hər cür şərait yaratdığına görə klub prezidenti Sadıq Sadıqova dərin minnətdarlığımı bildirirəm. Futbol üzrə Unibank Premyer Liqasının qalibi olduğumuz üçün sevincimizin həddi-hüdudu yoxdur. Daima bizimlə olan azarkeşlərimizə də minnətdaram”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin kapitanı Rail Məlikov klubun rəsmi saytına açıqlamasında deyib.
O, çempionluğu “Neftçi”nin mərhum əməkdaşları - Rüfət Mehdiyev, Vahid Həmidov və Alim Məmmədovun xatirəsinə həsr etdiklərini bildirib. Məlikov Premyer Liqadakı uğuru Avropa kuboklarında da davam etdirmək istədiklərini söyləyib: “İyunun 6-da hazırlığa başlayacağıq. Azərbaycanı Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.