15 yaşlı basketbolçu qız şam yeməyindən sonra  öldü
06 aprel 2026 14:37 (UTC +04:00)

15 yaşlı basketbolçu qız şam yeməyindən sonra öldü

1

İtaliyada faciə baş verib: 15 yaşlı basketbolçu komandası ilə şam yeməyi yedikdən sonra ölüb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Sofiya Di Viko Unio Basket Maddaloni U15 komandasının perspektivli oyunçusu hesab olunurdu. Prokurorluq hazırda onun qəsdən öldürülməsi ehtimalnı araşdırır. 

Təfərrüatlar

“Le Monelle” basketbol komandasının “Mare di Roma Trophy in Pink” yarışması üçün Roma yaxınlığındakı sahil bölgəsinə səfər etdiyi məlumdur. Cümə axşamı günü şam yeməyində idmançılar yaşıl lobya ilə yumurta yeyiblər. Yeməkdən çox qısa müddət sonra Sofiya özünü pis hiss etdiyindən şikayətlənib. Əvvəlcə nəfəs almaqda çətinlik çəkməyə başlayıb, sonra huşunu itirib və bir daha özünə gələ bilməyib. Atası təcili yardım çağıraraq onu həyata qaytarmağa çalışıb. Lakin hər şey boşa çıxıb. Qız xəstəxanada ölüb. İdmançının süd zülalına qarşı allergiyası olduğu məlumdur.

Prokurorluq hazırda araşdırma aparır və qızın cəsədi autopsiya üçün göndərilib. Müstəntiqlər qidanın təsadüfən süd komponentləri ilə çirkləndiyindən və anafilaktik şokun onun ölümünə səbəb ola biləcəyindən şübhələnirlər.

Sofiyanın ölümündən sonra yarışın təşkilatçısı olan Alfa Omega Basket tədbiri ləğv edib. İtaliya Basketbol Federasiyası həmçinin Kampaniya bölgəsində keçirilən daha bir turniri ləğv edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 334

Oxşar yazılar