Tiaqo Silva
06 dekabr 2022 14:18 (UTC +04:00)

Tiaqo Silva

32 il sonra İLK: Ötürmə verən ən yaşlı oyunçu oldu

Braziliya millisinin müdafiəçisi Tiaqo Silva 1990-cı ildən bəri dünya çempionatında ən yaşlı qol ötürməsi verən oyunçu olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dünya çempionatının 1/8 finalında Rişarlisona məhsuldar ötürmə zamanı Silva 38 yaş 74 günlük idi. Bu, kamerunlu hücumçu Roje Millanın 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatında məhsuldar ötürmə etdiyi vaxtdan 32 gün çoxdur.

Xatırladaq ki, Braziliya Koreyanı 4:1 hesabı ilə məğlub edib.

1/4 finalda qalib gəlsələr, Braziliyalılar ¼ finalda yaponları penaltilər seriyasında məğlub edən xorvatlarla qarşılaşacaq.
 

# 1584
avatar

Oxşar yazılar