96 metrdən qol:  Qapıçıdan dünya rekordu 
13 aprel 2025 13:50 (UTC +04:00)

96 metrdən qol: Qapıçıdan dünya rekordu 

Uelsin “Nyuport” klubunun qapçısı Tom Kinq vurduğu qol ilə tarixə düşüb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qapıçı öz cərimə meydançasından topu birbaşa “Çeltenhem”in qapısına göndərib.

Zərbə 96 metrlik məsafədən vurulub. Qeyd olunur ki, əvvəllər futbol tarixində belə bir şey görülməyib.

Rekord sayılacaq qol İngiltərənin dördüncü divizionunda keçirilən oyunda qeydə alınıb.

Əvvəllər rekord 2013-cü ildə “Sauthempton”un qapısına 91,9 metrdən vuran bosniyalı Asmir Beqoviç hesab edilib.

Tom Kinq özü sonradan etiraf edib ki, nə baş verdiyini belə dərhal dərk etməyib - o, sadəcə olaraq qapıçı meydançasından standart zərbə yerinə yetirib.

Oyun heç-heçə (1:1) bitsə də, yekun hesab arxa plana keçib. “Nyuport” turnir cədvəlində ikinci, “Çeltenhem” isə altıncı yerdə qalıb.

Tom Kinq üçün zərbə sadəcə qol deyil, adi oyunu əfsanəyə çevirən bir an olub. İndi onun adı "Ginnesin Rekordlar Kitabı"ndadır və qolun videosu milyonlarla baxış toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31350

Oxşar yazılar